Ümummilli liderimiz Heydər Əliyev demişdir: "Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti - dövlət müstəqilliyimizi biz daim qoruyub saxlayacağıq". Azərbaycan xalqının ölkə başçısı cənab İlham Əliyevin və ordumuzun ətrafında sıx birləşərək ərazi bütövlüyümüz uğrunda mübarizəsi müstəqilliyimizin əbədi və sarsılmaz olduğunu bir daha təsdiq etdi. Vətən müharibəsində tarixi qələbənin qazanılmasında mərd oğullarımızın göstərdiyi şücaət müstəqilliyin xalqımız üçün ən qiymətli nailiyyət olduğunu dünyaya nümayiş etdirdi. Vətənpərvərliyin ən ali məqamına çatan Naxçıvan oğulları da döyüşlərdə əsl qəhrəmanlıq göstəriblər.

Noyabrın 30-da Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabiti və şəhidlərin ailə üzvləri tədbirdə iştirak ediblər.

Şəhid olan hərbi qulluqçularımız Nuruyev Cavid Əşirəf oğlunun, Hacıyev Şükür Bayram oğlunun, Vəlizadə İbrahim Malik oğlunun və Əlizadə Fuad Nazim oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ali Məclisin Sədri şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb.

Sonra "Qurani-Kərim"dən ayələr oxunub, şəhid cənazələrinin önündən keçilib.

Şəhidlərin cənazələri doğulduqları şəhər və kəndlərə yola salınıb.

Ali Məclisin Sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib.

Naxçıvan Muxtar Respublikası

Bizimlə əlaqə

 Ünvan

 

Azərbaycan Respublikasının ərazi

bütövlüyünün müdafiəsi ilə əlaqədar

yaralananların və şəhid ailələrinin

təminatına dəstək fondu

 +994 36 545 13 66

 

 +994 50 354 57 27

 

 destekfondu.nmr@gmail.com

 

 destekfondu.nmr@hotmail.com

Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 32,

Naxçıvan Muxtar Respublikası

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.